Şahzadə Uilyam istefa verir - Foto

Son 2 il təcili yardım vertolyotunda pilot işləyən Şahzadə Uilyam ailəsi ilə daha çox vaxt keçirmək üçün işdən ayrılır.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsindəki vəzifələri ilə pilot işini birləşdirməyə çalışan Uilyam ərizə yazaraq işdən ayrıldığını bəyan edib:

“East Anglian Air Ambulance-da çalışmaq mənim üçün böyük şərəf idi. Orduda qazandığım təcrübə mənə həyatımda çox böyük kömək olub. Mən əminəm ki, bu uzun illər mənim işimə yarayacaq. Mən şadam ki, hər gün insan həyatını xilas edən peşəkar və istedadlı komandanın bir üzvü oldum. ”

İndi Uilyam Londonda ailəsi ilə daha çox vaxt keçirərək, sevimli xeyriyyə işləri ilə məşğul olacaq.