- Köhnə - Dünya
- 23 Yanvar 2017 20:52
- 5 877
İŞİD lideri əl-Bağdadi ölümcül yaralanıb
Beynəlxalq koalisiya qüvvələrinin İraqın şimalına endirdiyi aviazərbələr nəticəsində "İŞİD-in xəlifəsi" adlandırılan Əbu Bakar əl-Bağdadi ağır yaralanıb.
AzNews.az Mirror nəşrinə istinadən xəbər verir ki, avizərbələr əl-Bağdadinin olduğu yaşayış məntəqəsinə endirilib.
Məlumatda aviazərbənin nə vaxt endirildiyi isə açıqlanmır.
Daha əvvəl də İŞİD liderinin yaralanması və ölüm xəbərləri yayılıb. 2016-cı ilin iyununda "Al-Amak" informasiya agentliyi əl-Bağdadinin Ramazan ayının 5ci günündü, yəni iyunun 10-da həlak olduğu xəbərini verib. Əl-Bağdadinin 2015-ci ildə də Suriyada aviazərbələr nəticəsində yaralandığı bildirilmişdi.