Nobel laureatları Trampa qarşı imzatoplama kampaniyasına başladılar

ABŞ ziyalıları Trampın siyasətindən narahatdırlar.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, müxtəlif elm sahələri üzrə 12 Nobel mükafatçısı Donald Trampın müsəlman miqrantlara qarşı yürütdüyü siyasətə etiraz edirlər.

İmzatoplama aksiyasına Filip Anderson (fizikaya görə Nobel mükafatının laureatı), Rocer Mayerson, Elvin Rot, Robert Lukas, Erik Maskin, Yucin Fama, Lars Piter Xansen (iqtisadiyyat üzrə), Erik Vişaus, Xarold Valmus, Rendi Şekman, Endrü Fayer və Linda Çen (fiziologiya və ya tibb) qoşulub.

Nobel mükafatçılarını sıravi amerikalılar da dəstəkləyirlər. Artıq 2200 imza toplanıb.