Sevgilisi Putini ikinci dəfə ata edib Sevgilisi Putini ikinci dəfə ata edib

Rusiya prezidenti ilə bağlı ŞOK sevgi xəbəri

Sevgilisi Putini ikinci dəfə ata edib




Türkiyə, ABŞ, İngiltərə və Almaniya mətbuatı Rusiya prezidenti Putinin yenidən ata olması barədə xəbərlər yayıb. Xəbərlərə görə, Putinin övladı həyat yoldaşından deyil.

"New York Post" qəzetinin yazdığına görə, Rusiyanın məşhur gimnastı Alyona Kabayeva rus liderindən ikinci övladını dünyaya gətirib. Bundan əvvəl də A.Kabayevann Putindən uşağı olduğunu yazan qəzet son 4 ildə prezidentin yasaq eşqi barədə xəbərlərin diqqət mərkəzində olduğunu vurğulayıb: "Ancaq Kremldən bu xəbərlərər dərhal reaksiya gəldiyi halda bu dəfəki xəbər susqunluqla qarşılanıb".

Türkiyə mətbuatı isə yazır ki, bu xəbərlərin yayılmasının başlıca səbəbi rus liderinin illərdir ki, həyat yoldaşı Lyudmiladan ayrı yaşamasıdır: "Putin xanımıyla sonuncu dəfə mart ayında keçirilən seçkilərdən sonra Kremldə andiçmə mərasimində bir yerdə görüntülənib.

Elnarə Əlosmanqızı
AzNews.az