ABŞ prezidenti Donald Tramp “Financial Times”- a verdiyi müsahibəsində Almaniya kansleri Angela Merkellə Ağ Evdəki görüşü zamanı ona əl uzatmamağının səbəbini açıqlayıb. ABŞ prezidenti Donald Tramp “Financial Times”- a verdiyi müsahibəsində Almaniya kansleri Angela Merkellə Ağ Evdəki görüşü zamanı ona əl uzatmamağının səbəbini açıqlayıb.

Donald Tramp Merkelə “əl uzatmamağının” səbəbini açıqladı

ABŞ prezidenti Donald Tramp “Financial Times”- a verdiyi müsahibəsində Almaniya kansleri Angela Merkellə Ağ Evdəki görüşü zamanı ona əl uzatmamağının səbəbini açıqlayıb.

AzNews.az “Financial Times”-a istinadən xəbər verir ki, Tramp jurnalistlərin onlara ünvanladığı “əl verin” sözlərini eşitmədiyini bəyan edib:

Merkellə çox gözəl görümüşüz baş tutdu. 5 dəfə əl verib görüşdük. Yanaşı oturan zaman jurnalistlərdən kimsə “ələ-ələ görüşün” deyib, amma mən bunu eşitməmişəm.

Bundan başqa, müsahibəsi zamanı Tramp sosial mediyada ona sərt sözlər yazan insanlara da toxunub:

Onlar düşünür ki, mən əvvəlki prezidentə nisbətən ittifaqlara önəm vermirəm. Mən nəzərə alıram ki, ittifaqlar bizim üçün həmişə səmərəli olmayıb. Amma mən yenə də ittifaqlara inanıram.”

“Bu vaxta qədər sosial mediada etdiyiniz paylaşmaların hər hansı birinə görə peşmansınızmı?”- sualına ABŞ prezidenti peşman olmadığını bəyan edib.

Sosial mediada 10 milyondan çox izləyicim var. Heç bir paylaşmamama görə peşman deyiləm. Məsələn, mən Brexiti də təxmin edərək paylaşmışdım. Sonra məlum oldu ki, haqılyam.