Rusiyanın Sankt-peterburq şəhərində metronun “Технологический институт” stansiyasında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfər çatıb. Rusiyanın Sankt-peterburq şəhərində metronun “Технологический институт” stansiyasında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfər çatıb.

Sankt-peterburqda metroda partlayış- 10 nəfər öldü, 50 nəfər yaralandı (Yenilənib 2 )+Video

Rusiyanın Sankt-peterburq şəhərində metronun “Технологический институт” stansiyasında baş verən partlayış nəticəsində ölənlərin sayı 10 nəfər çatıb.

AzNews.az yerli KİV-ə istinadən xəbər verir ki, 50 nəfər yaralı var. Partlayış çox güclü olduğundan ölü və yaralı sayının artacağı istisna edilmir.

Bundan başqa yayılan xəbərlərə görə, Metronun “Черная речка” stansiyasında naməlum əşya aşkar edilib. Bütün mərkəzi stansiyalar evakuasiya edilir.

***

16:06

Şahidlər yerli saytlara məlumat veriblər ki, hazırda metrostansiyada evakuasiya aparılır. Tunellerdə qalan insanlar ərazidən təxliyyə edilir.

İlkin məlumatlara görə, partlayış hələki mənşəyi biliməyən qurğunun partladılması nəticəsində baş verib.

***

AzNews.az yerli KiV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində yaralılar var.

Rusiyanın "REN TV" telekanalı 7 nəfər yaralının şəkillərini yayıb.

16:23

***

Son rəsmi məlumatlara görə, 6 nəfərin meyiti tapılıb.