İkinci dünya müharibəsinin 102 yaşlı veteranı, ABŞ və Kanada ordusunda xidmət edən, həmçinin nasist düşərgəsində yaşamış Sidni Koula orta məktəb diplomu və hərbi medalları təqdim olunub. İkinci dünya müharibəsinin 102 yaşlı veteranı, ABŞ və Kanada ordusunda xidmət edən, həmçinin nasist düşərgəsində yaşamış Sidni Koula orta məktəb diplomu və hərbi medalları təqdim olunub.

102 yaşlı müharibə veteranına orta məktəb diplomu təqdim olundu - Fotolar

İkinci dünya müharibəsinin 102 yaşlı veteranı, ABŞ və Kanada ordusunda xidmət edən, həmçinin nasist düşərgəsində yaşamış Sidni Koula orta məktəb diplomu və hərbi medalları təqdim olunub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Sidni Koul 1930-cu ildə Nyu-York ştatında Buffalo məktəbində təhsili ataraq, orduya yazılır. ABŞ-ın Hərbi Hava Qüvvələri ondan imtina etdikdə isə, sərhədi keçərək Kanada kral Hərbi Hava Qüvvələrinə xidmətə daxil olur.

Pörl Harbor hücumundan sonra Hərbi Hava Qüvvələrlərini tərk edərək, 1943-cü ildə ABŞ-ın quru qoşunlarına xidmət etməyə gedir. Hərbi Hava Qüvvələrinə yenidən qayıtdıqda isə 1945-ci ildə onun idarə etdiyi təyyarəni vururlar. Əsir düşən Sidni 4 ay nasist düşərgəsində qalmalı olur.

Bu yaxınlarda isə müharibə veteranına orta məktəb diplomu və 10 medal veriblər. Medallar arasında "Al-qırmızı ürək" və "Tunc ulduz" da var.