Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki “Şəyrat” hərbi bazasına raket zərbələri endirib. Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki “Şəyrat” hərbi bazasına raket zərbələri endirib.

ABŞ Suriyanı vurdu- Aralıq dənizindən (Video)

Ötən gecə ABŞ hərbi gəmiləri 59 qanadlı raket buraxaraq Suriyanın Homs vilayətindəki “Şəyrat” hərbi bazasına raket zərbələri endirib.

AzNews.az xəbər verir ki, rəsmi Vaşinqton İdlibə kimyəvi silahın məhz bu bazadan atıldığı qənaətindədir. Yayılan bəyanat görə zərbələrin hədəfi aerodrom, aviasiya və infrastruktura olub. Sana agentliyinin məlumatına görə, zərbələr nəticəsində çox sayda insan itkisi var. ABŞ müdafiə nazirliyi isə bu xəbəri təkzib edərək mülki əhali arasında insan itkisinin olmadığını bəyan edir. Bundan başqa, nazirlik məhv edilən “Şəyrat” hərbi bazasında Suriya ordusunun kimyəvi silah saxladığını iddia edir.

Rəsmi Pentaqon avia-zərbələr endirilməzdən əvvəl Rusiya hərbçilərinə xəbərdarlıq edildiyini bəyan edib.