- Köhnə - Dünya
- 7 Aprel 2017 21:09
- 24 976
13 min metr hündürlükdə doğdu - Təyyarədə (Video)
Türk Hava Yollarına məxsus Qvineya-Burkina Faso reysi ilə İstanbula gələn təyyarədə gözlənilməz hadisə baş verib.
AzNews.az Hürriyet-ə istinadən xəbər verir ki, Diaby Nafi adlı 18 yaşlı sərnişinin uçuş vaxtı doğum sancıları tutub. O, ayağa qalxaraq çətinliklə də olsa pilot kabinəsi tərəfə gedərək, vəziyyətini başa salıb.
Bütün ekipaj üzvləri aldıqları təlim əsasında qadına doğuş zamanı yardımçı olublar. 18 yaşlı sərnişinin elə göydəcə qız övladı dünyaya gəlib.
