Keyt Midlton haqqında heç kimin bilmədiyi 5 həqiqət - Fotolar

Böyük Britaniya şahzadəsi Uilyam və həyat yoldaşı, Kembric hersoginyası Keyt Midlton yenə müzakirə mövzusuna çevrilib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, 35 yaşlı Keyt barədə uşağlığından bəri bütün məlumatlar verilib. Lakin, onun haqqında indiyə kimi məlum olmayan faktlar üzə çıxıb. Belə ki, bir neçə gün əvvəl Salli Bedell Smit adlı tarixçi özünün “Şahzadə Çarlz: İnanılmaz həyatın ehtiras və paradoksları” kitabında İngilis kral ailəsinin əvvəllər məlum olmayan faktlarını ortaya çıxarıb. Smitin araşdırmasından sonra Midlton haqqında da maraqlı məlumatlar məlum olub. Həmin maraqlı faktları təqdim edirik:

Keyt və Uilyam toy hazırlıqları zamanı Kraliça II Elizabetin toy siyahısında ənənəvi qonaqların yer alacaqlarını və onun yenə də bu ənənəyə sadiq qalacağını bilirdilər. Lakin yenə də məsləhətləşmək üçün nəvəsi onun yanına gedir. O isə cavabında “O siyahıdan qurtul, öz dostlarınla başla, bu sənin günündür. Sənə kim vacibdirsə onu dəvət et”-deyə cavab verib.

Cütlüyün yaşadığı ev məşhur memar Çarlz Morrisin ustalığı ilə tikilib. Keytin həmin evdə sevdiyi ən gözəl yer isə mətbəxdir.

Keyt Uilyamın evlilik təklifinə razı olduqdan sonra dərhal cütlük Kral ailəsinə məxsus olan Kensinqton sarayının yenidən qurulması üçün 6 milyon pul xərcləyib. Lakin, cütlük sonra orada qalmayıb. Amma tezliklə onların bu saraya köçəcəyi gözlənilir.

Onun incəsənətə olan marağı çox yüksəkdir. Kitabda qeyd edilir ki, Keyt 2012-ci ildə Kral İncəsənət Akademiyasına Devid Xokninin sərgisini bilavasitə görmək üçün gedir. Onun incəsənətə məhəbbəti və bağlılığı var.

Kitabda şahzadə Uilyam və həyat yoldaşı Keytin Amerika Birləşmiş Ştatları və Kanadaya ilk birgə səfəri qeyd olunub. Baxmayaraq ki, onlar burada 10 müxtəlif təbiəti fərqli ərazilərdə olublar və şəkil çəkdiriblər, cütlük bu səfərdən razı qalmayıb.