İranda sel nəticəsində ölənlərin sayı 35-ə çatıb. İranda sel nəticəsində ölənlərin sayı 35-ə çatıb.

İranda sel nəticəsində 35 nəfər ölüb, 37 nəfər itkin düşüb (Fotolar + Yenilənib 3)

İranda sel nəticəsində ölənlərin sayı 35-ə çatıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı ISNA agentliyi yayıb.

***

14:15

İranın Şərqi Azərbaycan əyalətində baş verən sel daşqınları zamanı ölənlərin sayı 25-ə çatıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, fəlakət nəticəsində 37 nəfərin itkin düşdüyü bildirilir. Bölgədə yüzlərlə ev və maşınlar su altında qalıb. İRNA xəbər agentliyinin məlumatına görə, xilasedicilər 3 qadın və 9 kişi meyiti aşkarlayıblar. Lakin, onların kimliyi hələ məlum deyil.

***

13:05

Şərqi Azərbaycanın Əcəbşir və Azərşəhr bölgələrində sel nəticəsində itkin düşənlərin sayı 18 nəfərə çatıb, 3 nəfər dünaysını dəyişib.

AzNews.az yerli mətbuata istinadən xəbər verir ki, Zəncan, Kürdüstan, Mazandaran vilayətində də yağan güclü yağışlar əhaliyə ziyan vurub.

****

11:31

Əcəbşir şəhərində 3 nəfər həlak olub, 13 nəfər itkin düşüb. Вaşqınlar Təbriz, Bünab, Azərşəhr, Marağa və Əhərdə qeydə alınıb.

Bu şəhərlərdə itkilərin olub-olmaması barədə hələ məlumat verilməyib.