ABŞ-ın İllinoys ştatında İsaak və Tereza Vatkin cütlüyü 1 saatın içərisində əl-ələ tutaraq dünyasını dəyişiblər. ABŞ-ın İllinoys ştatında İsaak və Tereza Vatkin cütlüyü 1 saatın içərisində əl-ələ tutaraq dünyasını dəyişiblər.

Ər-arvad eyni vaxtda dünyasını dəyişdi- Əl-ələ tutaraq(FOTO)

ABŞ-ın İllinoys ştatında İsaak və Tereza Vatkin cütlüyü 1 saatın içərisində əl-ələ tutaraq dünyasını dəyişiblər.

AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, cütlük düz 69 il birlikdə yaşayıb. İsaakın 91, arvadı Terezanın 89 yaşı olub.

Cütlüyün qızı Klara Qesklin hadisəni belə şərh edib: "Onların sevgisi o qədər çox idi, bir-biri olmadan yaşaya bilmədilər."

Yerli xəstəxanın həkimləri yaşlı cütlüyü əl-ələ tutmuş şəkildə keçinmiş halda aşkarlayıb.

Cütlüyün 3 uşağı var.