Məscid tikintisində çökmə - Ölən və yaralananlar var (Foto + Yenilənib)

Türkiyənin Samsun şəhərində məscidin inşası zamanı çökmə baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Yeni məhəllədə Kövsər məscidinin tikintisi zamanı beton tökülən anda uçqun altında qalan 6 nəfərdən 3-ü ölüb, digərləri isə yaralanıb. Hadisə yerinə təcili yardım maşınları və xilasedicilər cəlb olunub.

14:06

***

Türkiyənin Samsun şəhərində məscidin inşası zamanı baş verən çökmə hadisəsi zamanı ölənlərin sayı 4-ə çatıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, digər iki yaralının vəziyyəti isə ağırdır, müalicələri davam edir.

AzNews.az