- Köhnə - Dünya
- 7 May 2017 21:11
- 4 517
Fransada çox arıq modelləri işə götürməyi qadağan etdilər
Fransada mayın 6-da moda ilə bağlı yeni qayda qüvvəyə minib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, modellər işə müraciət etməzdən əvvəl həkim yoxlamasından keçməlidirlər. Əgər onların çəkisi qəbul edilmiş indeksdən aşağı olsa, işə qəbul edilməyəcəklər.
Qaydanı pozan model agentlikləri 75 min avro cərimə edilə bilər. Hətta 6 aya qədər azadlıqdan məhrum edilə də bilərlər.
Fransanın səhiyyə naziri Marisol Turen bildirib ki, modellərin qeyri-real bədən formaları gənclərə mənfi təsir göstərir.