Runi kazinoda 2 saata yarım milyon uduzdu

İngiltərə millisinin və Manchester United klubunun ulduz futbolçusu Ueyn Runi kazinoda 500 min funt sterlinq uduzub.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, Runi ruletka və blekcek oynayıb və hər dəfə qırmızıya pul qoyub və uduzub.

Qeyd edək ki, futbolçu mütəmadi olaraq VİP qonaq kimi kazinoya gedir. Onun getdiyi kazinonun adı isə açıqlanmır.