- Köhnə - Dünya
- 15 May 2017 13:04
- 5 727
Yəməndə fövqəladə vəziyyət elan olundu - Vəbaya görə
Yəməndə vəbadan ölənlərin sayı 115-ə çatıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik paytaxt Sənada epidemiyanın qarşısnı almaq üçün profilaktik tədbirlər görməyə çalışır. Məlumata görə, husi üsyançılarının nəzarəti altında olan xəstəxanalarda epidemiyaya yoluxanlar izdihama səbəb olublar.
Qızıl Aypara Cəmiyyəti xəstəliyə yoluxanların son bir həftə ərzində 3 dəfə artaraq 8500 nəfərə çatdığını açıqlayıb.
Yəməndə artıq 2 ildən çoxdur ki, hökumət qüvvələri ilə husi üsyançı qüvvələri arasında vətəndaş müharibəsi gedir. Müharibə ölkədə səhiyyə sistemi və mülki infrastrukturu məhv edib. Müharibə nəticəsində əksəriyyəti mülki vətəndaş olmaqla 8010 nəfər ölüb, 44500 nəfər yaralanıb.
8 milyondan çox yəmənli içməli su və sanitar xidmətə ehtiyac duyur.
Bəxtiyar Abbasov
AzNews.az