ABŞ prezidenti Donald Trampın oğlu Berron Vaşinqtonun kənarında yerləşən St. Andrew`s məktəbində təhsil alacaq. ABŞ prezidenti Donald Trampın oğlu Berron Vaşinqtonun kənarında yerləşən St. Andrew`s məktəbində təhsil alacaq.

Trampın oğlu bu məktəbdə oxuyacaq - Foto

ABŞ prezidenti Donald Trampın oğlu Berron Vaşinqtonun kənarında yerləşən St. Andrew`s məktəbində təhsil alacaq.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Berron bu məktəbdə 2024-cü ilə kimi təhsil alacaq.

ABŞ-ın birinci xanımı Melani Tramp bu xəbəri təstiqləyib:

"Biz şadıq ki, bizim oğulumuz St. Andrew`s məktəbində oxuyacaq. Bu təhsil ocağı öz müxtəlifliyi və akademik göstəriciləri ilə seçilir."

Andrew's Episcopal School-da təhsil haqqı illik 40 min dollardır. Sinifdə cəmi 7 şagird olur. Məktəbin məzunları ABŞ-ın nüfuzlu ali məktəblərinin tələbəsi olur. Berron bu məktəbdə təhsil almaqla yanaşı, sevimli idman növü olan qolfla da məşğul ola biləcək.

Məktəb şəhər kənarında yerləşsə də, Ağ evdən yarım saatlıq uzaqlıqdadır.

Qeyd edək ki, Donald Trampın inaqurasiya mərasimindən sonra belə onun həyat yoldaşı və oğlu Nyu-Yorkda yaşamağa davam edir. Yeni tədris ilindən etibarən Melani və Berronun Ağ evə köçəcəyi gözlənilir.

image description image description image description