“Wikileaks” portalı Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat Agentliyinin daha bir məxfi fəaliyyətini üzə çıxarıb. “Wikileaks” portalı Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat Agentliyinin daha bir məxfi fəaliyyətini üzə çıxarıb.

“Wikileaks” Mərkəzi Kəşfiyyat Agentliyini yenidən ifşa etdi

“Wikileaks” portalı Amerika Birləşmiş Ştatları Mərkəzi Kəşfiyyat Agentliyinin daha bir məxfi fəaliyyətini üzə çıxarıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, “Vault 7” adı altında nəşr olunan sənədlər Mərkəzi Kəşfiyyat Agentliyin yaratdığı “Pandemiya” adlı yeni virus proqramını ifşa edir.

Virus yerli şəbəkə daxilində fayl köçürməsi zamanı kompyuterlərə zərər yetirir. Serverdə olan fayl dəyişmir. Lakin köçürmə zamanı fayl modifikasiya olunur. Bu isə, faylın yenidən aşkarlanmasına mane olur.

“Wikileaks” MKA-ə məxsus sənədlərin bir hissəsini mart ayının 7-də nəşr etmişdi. Bu, agentliyin mediyaya sızdırılan ən irimiqyaslı məxfi sənəd toplusudur. Paketin tərkibi 8.7 min sənəd və fayldan ibarətdir. Sənədlər MKA-in Virciniya ştatında yerləşən kiberkəşfiyyat bazasında yerləşib.

Bəxtiyar Abbasov

AzNews.az