"Quran-i Kərim"də adı çəkilən sirli quşun balası tapıldı

Türkiyənin Manisa vilayətində ömür boyu uçduğu iddia edilən sirli Əbabil quşunun balası tapılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, quşun balasını yerli sakinlər tapıb. Onlar quşun uça bilmədiyini görüb ona kömək etməyə çalışıblar.

Hazırda quş heyvan həkiminə verilib. Əbabil quşlarının heç vaxt yerə düşmədiyi və uçarkən yatdıqları iddia olunur.

Bu quşların Quranda da adı keçir.

Bəxtiyar Abbasov

AzNews.az