- Köhnə - Dünya
- 18 İyun 2017 16:55
- 4 617
Meşə yanğını qurbanlarının sayı 62 nəfərə çatıb - Yenilənib 3

Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 62 nəfərə çatıb.
AzNews.az "Publico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomes bildirib.
***
14:13
Portuqaliyada meşə yanğını zamanı ölənlərin sayı 57 nəfərə çatıb.
AzNews.az "Publico" nəşrinə istinadən xəbər verir ki, yanğın nəticəsində 59 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyətini ağır olduğu bildirilir.
***
12:10
Portuqaliyada meşə yanğını qurbanlarının sayı 43 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, bu barədə "Publico" nəşri Portuqaliyanın daxili işlər üzrə dövlət katibi Xorxe Qomesin bəyanatına əsasən məlumat yayıb.
***
11:24
Portuqaliyada meşə yanğını nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Ölkənin daxili işlər üzrə dövlət katibi Xorxe Qomes yanğınlar zamanı 59 nəfərin yaralandığını bildirib.
Şənbə günü Portuqaliyanın bir sıra ərazilərində havanın temperaturu 40 dərəcəyədək yüksəlib. Pedroqan-Qrandi bələdiyyəsi ərazisində yanğın olub. Alov ətraf ərazilərə yayılıb.