Nəqliyyat şəbəkəsi olan “Uber”in baş direktoru Trevis Kalanik vəzifəsindən istefa verib. Nəqliyyat şəbəkəsi olan “Uber”in baş direktoru Trevis Kalanik vəzifəsindən istefa verib.

“Uber”in təsisçisi istefa verdi- Cinsi zorakılığa görə

Nəqliyyat şəbəkəsi olan “Uber”in baş direktoru Trevis Kalanik vəzifəsindən istefa verib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin digər səhmdarları Kalaniki istefa verməyə vadar ediblər.

“New York Times”ın məlumatına görə, istefa etməsinə baxmayaraq, Kalanik idarə heyətində çalışmağa davam edəcək.

“Uber” şirkəti, əsasən, onlayn taksi xidməti göstərir. Lakin bu xidmətdən istifadə edən sərnişinlər dəfələrlə cinsi zorakılığa məruz qalıblar. Kalanikə qarşı təzyiqlərin artmasına səbəb də məhz bu cür şikayətlər olub.

Bəxtiyar Abbasov

AzNews.az