- Köhnə - Dünya
- 23 İyun 2017 21:10
- 2 860
İŞİD-in əsas maliyyəçilərindən biri məhv edildi
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada İŞİD-in əsas maliyyəçilərindən birinin məhv edildiyini bildirib.
AzNews.az xəbər verir ki, bu barədə "TASS" agentliyi koalisiya qüvvələrinin qərargahının bəyanatına istinadən məlumat verib.
Öldürülən şəxs Fəvvaza Məhəmməd Cubeyr ar-Rauidir. O, İŞİD üzvlərinin terror hücumlarını təşkil etməsi üçün milyonlarla dollar pul köçürüb.
Suriya əsilli ar-Raui təcrübəli terror maliyyəçisidir. Onun İraq sərhədinə yaxın olan ərazidə, Suriyanın şərqində, Əbu-Kamalda bir neçə mübadilə məntəqəsi var.
Bəyanatda onun iyunun 16-da endirilmiş hava zərbəsi nəticəsində öldürüldüyü qeyd olunub.
AzNews.az