ABŞ-ın Nyu Hempşir ştatında səhvən başqa qanun qəbul edilib ABŞ-ın Nyu Hempşir ştatında səhvən başqa qanun qəbul edilib

Səhvən belə qanun qəbul etdilər - Hamilə qadınlar cinayət törədə bilər

ABŞ-ın Nyu Hempşir ştatında səhvən başqa qanun qəbul edilib

AzNews.az Huffington Post nəşrinə istinadən xəbər verir ki, səhvən qəbul edilən qanuna əsasən bütün hamilə qadınlar cinayət törədə bilərlər və buna görə onlar heç bir məsuliyyətə cəlb olunmur.

Bu səhv qanunun düzgün redaksiyada verilməməsi nəticəsində olub. Hansı ki, qanunda 20 həftəlik hamiləliyi sonlandırmağın cinayət hadisəsi kimi qəbul olunması qeyd edilməli imiş. Səhv abort etmək istəyən qadınlar və onların həkimləri üçün nəzərdə tutulmuş istisnalar hissəsində edilib. Qanun layihəsi artıq konqresə təqdim olunub. Səhv bir neçə həftədən sonra aşkarlanıb. Lakin, onlar düzəliş edə biliblər. Əgər qanunda düzəliş edilməsəydi, bütün hamilə qadınlar səbəbsiz belə cinayət törətdiyi halda məsuliyyətdən kənar qalacaqdılar.