Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər xəsarət alıb. Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər xəsarət alıb.

Sərnişin avtobusu aşdı - 47 nəfər yaralandı

Türkiyənin Balıkəsir vilayətində sərnişin avtobusunun aşması nəticəsində 47 nəfər xəsarət alıb.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, yaralılardan dördünün vəziyyətinin ağırdır. Yaralılar dərhal xəstəxanalara yerləşdiriliblər.

İyunun 24-də və 25-də Türkiyə ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində ümumilikdə 22 nəfər həlak olub, 114 nəfər yaralanıb.

Qəzalarla bağlı rəsmi məlumatlarda bildirilir ki, Ramazan bayramı münasibətilə Türkiyədə başlanan tətillə əlaqədar magistrallarda yaranmış sıxlıq nəqliyyat vasitələrinin idarə olunmasında bir sıra problemlər yaradıb. Qəzalara əsas səbəb kimi sürət həddini aşmaq və sükan arxasında yuxulamaq göstərilir.

AzNews.az