- Köhnə - Dünya
- 26 İyun 2017 18:34
- 1 840
Pakistanda ölənlərin sayı 157-yə çatdı
Pakistanın Pəncab əyalətində neft tankerinin partlaması nəticəsində ölənlərin sayı 157-yə çatıb.
AzNews.az xəbər verir ki, Pakistanın Pəncab əyalətində neft tankerinin aşması nəticəsində sızan yanacağın qarşısını almaq istəyən insanların sıx olduğu bir vaxtda neft tankeri partlayıb. Hadisə nəticəsində, 4 nəfərin də həyatını itirməsi ilə ölənlərin sayı 157-yə çatıb. Hadisədə yaralanan 50 adamın müalicəsi isə davam edir.
Ölkənin cənub şəhəri Quruçudan Lahora gedən neft tankeri, sürücünün idarəetməni itirməsi nəticəsində aşmışdı.