ABŞ-ın Ali Məhkəməsi ölkə prezidenti Trampın immiqrasiya fərmanını əngəlləyən aşağı instansiya məhkəmələrinin qərarlarının böyük hissəsini ləğv etməyə razılaşıb. ABŞ-ın Ali Məhkəməsi ölkə prezidenti Trampın immiqrasiya fərmanını əngəlləyən aşağı instansiya məhkəmələrinin qərarlarının böyük hissəsini ləğv etməyə razılaşıb.

ABŞ Ali Məhkəməsi Trampın immiqrasiya fərmanı üzrə məhkəmə qərarlarını ləğv etməyə hazırdır

ABŞ-ın Ali Məhkəməsi ölkə prezidenti Trampın immiqrasiya fərmanını əngəlləyən aşağı instansiya məhkəmələrinin qərarlarının böyük hissəsini ləğv etməyə razılaşıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə məhkəmənin bəyanatında bildirilir.

Qeyd olunur ki, məhkəmə Ağ evin sənədin ayrı-ayrı müddəalarının qüvvəyə minməsi barədə sorğusu ilə razılaşıb.

San-Fransisko şəhərinin Doqquzuncu dairə məhkəməsi iyunun ortalarında fərmanın dayandırılmasını təsdiqləyib. Bundan öncə analoji qərarı Virginiya ştatının Riçmond şəhərinin Dördüncü apellyasiya məhkəməsi qəbul edib.

Ağ evin mətbuat katibi Şon Spayserin sözlərinə görə, Prezident Administrasiyası əmindir ki, Ali Məhkəmə aşağı instansiya məhkəmələrinin qərarlarına baxmayaraq, immiqrasiya fərmanını dəstəkləyəcək.

Tramp bu fərmanı ilə Liviya, Suriya, Somali, Sudan, Yəmən və İran vətəndaşlarının 90 gün müddətinə ABŞ-a girişini dayandırmaq niyyətində idi.

AzNews.az