Qatarın xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qatar böhranının həllinə dair dialoqa girməyə hazır olduqlarını bildirib. Qatarın xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qatar böhranının həllinə dair dialoqa girməyə hazır olduqlarını bildirib.

Qatar ərəb ölkələrinin tələblər siyahısını rədd etdi

Qatarın xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qatar böhranının həllinə dair dialoqa girməyə hazır olduqlarını bildirib.

AzNews.az xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. Nazir ərəb ölkələrinin hazırladığı 13 maddəlik tələblər siyahısının terrorizmlə mübarizə ilə heç bir əlaqəsi olmadığı üçün onu rədd etdiklərini, lakin böhranın həllinə dair uyğun şərtlər daxilində dialoqa girməyə hazı olduqlarını bəyan edib.

13 maddəlik tələblər siyahısında, Qatarın İranla əlaqələrini kəsməsi, El-Cəzirə kanalının bağlanılması və Türkiyənin Qatarda hava bazasının da bağlanılması kimi maddələr yer alırdı.