Fransanın Avinyon şəhərində naməlum silahlı şəxslər insanlara atəş açıblar. Fransanın Avinyon şəhərində naməlum silahlı şəxslər insanlara atəş açıblar.

Fransada məscid yaxınlığında atışma – 8 nəfər yaralandı

Fransanın Avinyon şəhərində naməlum silahlı şəxslər insanlara atəş açıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Atışma məscidin yaxınlığında baş verib. Yaralılar arasında 7 yaşlı uşaq da var.

Polisin məlumatına görə, silahlı şəxslər iki nəfər olub. Hadisənin terror aktı olmadığı qeyd edilir.

AzNews.az