“Müharibəyə hazırıq” – Qətərdən xəbərdarlıq

Qətərin müdafiə naziri Xalid əl-Ətiyyə ölkəsinin müharibəyə hazır olduğunu bildirib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazir ölkəsinin asanlıqla təslim olmayacağını qeyd edib.

Ümid edirik ki, böhran hərbi müdaxilə mərhələsinə gəlib çıxmayacaq. Lakin lazım gələrsə, müharibə də etməyə hazırıq. Qətər tarix boyu heç bir zaman asanlıqla təslim olmayıb. Mən fərziyyələrə əsasən danışmıram. Ölkədə mövcud rejimi dəyişdirməyə çalışırlar. 1996-cı ildə şiddətli, 2014-cü ildə isə gizli şəkildə Qətərdə dövlət çevrilişinə cəhd olub. 2017-ci ildə də buna cəhd etdilər.

Nazir qeyd edib ki, Qətər qarşısında qoyulan 13 bəndlik tələb ölkənin suverenliyinə təcavüzdür.

Məlumata görə, Qətər böhranı ilə əlaqədar ABŞ prezidenti Donald Tramp Körfəz Ölkələrinin liderləri ilə telefon danışıqları aparıb.

Bəxtiyar Abbasov

AzNews.az