- Köhnə - Dünya
- 4 İyul 2017 11:27
- 2 131
“G20” sammiti zamanı terror hazırlayan şəxs saxlanılıb
Alman polisi 7-8 iyul tarixlərində Hamburq şəhərində keçiriləcək “G20” sammiti zamanı terror planlaşdıran 30 yaşlı bir nəfəri həbs edib.
AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, polis Almaniyanın Rostok şəhərindəki iki evdə axtarış apararaq külli miqdarda silah-sursat ələ keçirib. Bundan başqa, mənzillərdən çox sayda kimyəvi maddələr, pirotexnika tapılıb.
Əməliyyat zamanı daha bir nəfər 26 yaşlı kişi də həbs edilsə də, sonradan azad olunub.
“Bild” nəşrinin məlumatına görə, həbs edilən şəxs sağ radikal qrupun üzvlərindəndir.