“Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik”. “Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik”.

“Türkiyə, Gürcüstan və Azərbaycan regional əməkdaşlığın əhəmiyyətini dünyaya nümayiş etdirdi” - Binəli Yıldırım

“Regional əməkdaşlığın nə dərəcədə önəmli olduğunu Azərbaycan və Gürcüstanla birgə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri ilə dünyaya nümayiş etdirdik”.

AzNews.az “APA”ya istinadən xəbər verir ki, bunu Türkiyə baş naziri Binəli Yıldırım İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı bildirib.

Baş nazir deyib ki, hazırda 3 ölkə “Cənub Qaz Dəhlizi” layihəsi çərçivəsində TANAP layihəsini həyata keçirir: “TANAP-ın gələn il istifadəyə verilməsi ilə Türkiyə hər il Azərbaycandan əlavə olaraq 6 milyard kubmetr qaz alacaq. 2020-ci ildən etibarən isə TANAP vasitəsilə Avropaya 10 milyard kubmetr qaz ixrac olunacaq. Azərbaycan qazının daha sonra “Cənub Qaz Dəhlizi”nin bir hissəsi olan TAP vasitəsi ilə Avropaya çatdırılması mümkün olacaq”.

AzNews.az