“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Azərbaycan dilinin tədrisinə başlayıb. “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Azərbaycan dilinin tədrisinə başlayıb.

Misirdə Azərbaycan dilinin tədrisinə başlanılıb

“Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Azərbaycan dilinin tədrisinə başlayıb.

AzNews.az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Misir Ərəb Respublikasında (MƏR) fəaliyyət göstərən “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin ofisində Azərbaycan dilinin tədrisinə başlanılıb.

Bu barədə Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov məlumat verib. Azərbaycan dilinin tədrisi ilə yanaşı, xalqımızın tarixi, zəngin mədəni irsinin də təbliğinin nəzərdə tutulduğunu bildirən S. Nəsirov dərslərin həftədə 2 dəfə keçiriləcəyini və tədris prosesinin ilkin mərhələsində Misirin Qahirə və Ayn-Şəms Universitetlərinin məzunlarının iştirak edəcəyini qeyd edib. S. Nəsirov 2016-2017-ci tədris ilindən etibarən Azərbaycan Respublikasının MƏR-dəki Səfirliyinin dəstəyi ilə Qahirə Universitetində Azərbaycan dilinin tədrisinə başlanıldığını, bunun Misirin digər qabaqcıl ali təhsil müəssisələrində də təşkil ediləcəyini bildirib. Birliyin sədri bu təşəbbüsün 3-4 iyun 2016-cı il tarixində Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıların, yetişən gənc nəslin Azərbaycana bağlı böyüməsi, Azərbaycan dilini bilməsi üçün xarici ölkələrdə həftəsonu məktəblərinin sayını artırmaq, inkişaf etdirməyin vacibliyi ilə bağlı tövsiyəsinə uyğun həyata keçirildiyini qeyd edib.

AzNews.az