“McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib. “McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib.

Şantajçı virus “Android” smartfonlarını təhdid edir

“McAfee” antivirus şirkəti “Android” sistemi ilə işləyən qurğuları yoluxduran yeni təhlükəli virusun peyda olması haqda xəbərdarlıq edib.

Onlarla ölkənin ən nəhəng şirkətlərində kompüterlərin işini iflic etmiş “Petya” troyanından fərqli olaraq, yeni zərərverici proqram təminatı faylları şifrləmir, əksinə, onları istifadəçinin dostlarına göndərməklə hədələyir.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, “LeakerLocker” adlı şantaj edən virus “Android” sistemi ilə işləyən smartfondakı məxfi informasiyanın (“Chrome” brauzerində baxışların tarixçəsi, SMS və zənglər, “Facebook”da mesajlar, şəkillər, ünvan kitabçası və s.) surətini çıxardıqdan sonra həmin məlumatları istifadəçinin bütün kontaktlarına göndərir.

“Qurbana” tələb edilən məbləği ödəmək üçün 72 saat vaxt verilir.

“McAfee” şirkətinin məlumatına görə, “LeakerLocker” virusu “Google Play” mağazasında əlçatan olan “Wallpapers Blur HD” (5-10 min yüklənmə) və “Booster & Cleaner Pro” (1-5 min yüklənmə) proqramlarının arxasında maskalanır. İnternet nəhəngi bu vəziyyəti araşdırdığını bildirib.

Ekspertlər tələb olunan məbləği ödəməməyi tövsiyə edir, çünki hakerlərin maliyyələşdirilməsi yoluxma sayının çoxalması ilə nəticələnəcək. Bundan başqa, məxfi informasiyadan yenidən şantaj məqsədilə istifadəyə dair heç bir zəmanət yoxdur.

AzNews.az