Misirin Giza vilayətində polis qüvvələri naməlum silahlı şəxslərin hücumuna məruz qalıblar. Misirin Giza vilayətində polis qüvvələri naməlum silahlı şəxslərin hücumuna məruz qalıblar.

Misirdə polis məntəqəsinə hücum - 5 polis öldürüldü

Misirin Giza vilayətində polis qüvvələri naməlum silahlı şəxslərin hücumuna məruz qalıblar.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, atışma zamanı 5 polis öldürülüb. Hücum edən silahlılar 3 nəfər olub. Atışmaya şahid olan digər polis əməkdaşı kənardan onlara atəş açmağa başlayıb. Silahlılar dərhal hadisə yerindən qaçaraq uzaqlaşıblar.

Misirin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hücum edən şəxslərin İŞİD silahlıları olduğu ehtimal edilir. Lakin,İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürməyib.

Bəxtiyar Abbasov

AzNews.az