- Köhnə - Dünya
- 15 İyul 2017 20:40
- 3 452
9 ev külə döndü - Foto
Türkiyənin Ərzincan ərazisində güclü yanğın olub.
AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yanğın nəticəsində 9 ev külə dönüb. Əldə edilən məlumata görə, Çayırlı mahalına bağlı Yazıkaya kəndində naməlum bir səbəblə yanğın çıxıb. Evlərdən birinin yanındakı ot yığınının alışması səbəbi ilə başlayan yanğın küləyin də şiddətiylə digər evlərə yayılıb. Yanğının başladığını görən kənd sakinləri xilasedicilərə məlumat verib. Yanğın xilasetmə qruplarının səyləri nəticəsində söndürülüb. İnsan itkisinin yaşanmadığı yanğında, 9 ev tamamilə yararsız hala düşüb.