- Köhnə - Dünya
- 17 İyul 2017 15:54
- 4 967
Məscidin yanında partlayış – 8 nəfər öldü
 
            Nigeriyanın Borno ştatında kamikadzenin özünü partlatması nəticəsində 8 nəfər ölüb, 18 nəfər yaralanıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, mülki insanlara hücum edən şəxs qadın olub.
O, məscidin yanında toplaşan izdihamın arasına daxil olaraq üzərindəki partlayıcını işə salıb. Hücuma görə heç kim məsuliyyəti öz üzərinə götürməyib. Lakin, hücumda Boko Haram terror qruplaşması şübhəli bilinir.
Bəxtiyar Abbasov
AzNews.az
 
                 
                             
                             
                             
                             
                             
                            