Sumo güləşçisi yeni rekord müəyyən etdi

Sumo üzrə ən yüksək titula malik olan Hakuho qələbələrin sayına görə yeni rekord müəyyən edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, iyulun 21-də Naqoya şəhərində keçirilən Qran-Sumo yarışlarında monqol mənşəli bu güləşçi “ozeki” titulunun ikinci mükafatçısı Takayaşuya qalib gələrək 1048-ci qələbəsini qazanıb.

Bununla Hakuho indiyə qədər sumo güləşi üzrə ən çox -1047 qələbə qazanan ozeki titulunun mükafatçısı Kayonun rekordunu təzələyib.

Qələbəsini şərh edən 32 yaşlı Hakuho deyib: “Bu gün qələbə üçün mənim gücüm kifayət etdi. Mən bu mükafatı qazanmağıma çox sevinirəm və Naqoyada göstərilən dəstəyə görə azarkeşlərimə minnətdaram”.

Turnirə hazırlıq zamanı məşqlərin gərginliyinə diqqət çəkən yeni rekordçu bildirib ki, məhz bu zəhmət nəticəsində böyük qələbə əldə edilib.