Türkiyənin Qəhramanmaraş bölgəsinin Afşin qəsəbəsində 16 yaşlı gəlin ərini qətlə yetirib. Türkiyənin Qəhramanmaraş bölgəsinin Afşin qəsəbəsində 16 yaşlı gəlin ərini qətlə yetirib.

16 yaşlı gəlin ərini güllələdi - Foto

Türkiyənin Qəhramanmaraş bölgəsinin Afşin qəsəbəsində 16 yaşlı gəlin ərini qətlə yetirib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, T.E adlı 16 yaşlı gəlin 4 ay əvvəl evləndiyi 18 yaşlı həyat yoldaşı O.K-nı silahla qətlə yetirib. Axşam saatlarında baş verən hadisə nəticəsində 4 ay əvvəl dini nigahla ailə həyatı quran gənclər hər gün münaqişə etdiklərinə görə ayrılmaq qərarına gəliblər.

Hadisə günü cütlük, axşam saatlarında danışmaq üçün təkrar bir araya gəlib. Ancaq, aralarındakı mübahisə qanla nəticələnib. İddiaya görə T.E. silahla O.K-nı vuraraq hadisə yerindən uzaqlaşıb.

Ağır yaralı halda Afşin Dövlət Xəstəxanasına qaldırılan O, dünyasını dəyişib. Gəncin cansız bədəni, ekspertiza üçün meyitxanaya aparılıb. Afşin qəsəbəsi Təhlükəsizlik Müdirliyi qrupları, hadisə ilə əlaqədar olaraq geniş araşdırmaya başlayıb.