İordaniyanın paytaxtı Ammanda silahlı qarşıdurma zamanı iki iordaniyalı öldürülüb. İordaniyanın paytaxtı Ammanda silahlı qarşıdurma zamanı iki iordaniyalı öldürülüb.

Səfirliyin qarşısında atışma - 2 nəfər öldürüldü

İordaniyanın paytaxtı Ammanda silahlı qarşıdurma zamanı iki iordaniyalı öldürülüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İsrail səfirliyinin qarşısında baş verib.

Bir israilli yaralanıb. Hadisənin təfərrüatına dair açıqlama verilməyib. Məlumata görə, öldürülən iordaniyalılar mebel firmasının fəhlələri olub. Atışmaya nəyin səbəb olduğu da məlum deyil.

Vəziyyətlə əlaqədar İsrail səfirliyin fəaliyyətini dayandırıb.

İsrail rəhbərliyinin əl-Əqsa Məscidinə girişi məhdudlaşdırması regionda gərginliyin yenidən artmasına səbəb olub.

Bəxtiyar Abbasov

AzNews.az