İsveçrənin Şaffhauzen şəhərində elektrikli mişarla silahlanmış şəxs mülki insanlara hücum edib. İsveçrənin Şaffhauzen şəhərində elektrikli mişarla silahlanmış şəxs mülki insanlara hücum edib.

Naməlum şəxs mişarla insanlara hücum etdi – 5 nəfər yaralandı

İsveçrənin Şaffhauzen şəhərində elektrikli mişarla silahlanmış şəxs mülki insanlara hücum edib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 5 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır.

Hücum edən şəxs qaçaraq gizlənməyə nail olub. Polis şübhəli şəxsin axtarışı barədə elan verib. Vəziyyətlə əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Onun terrorçu olması ehtimalı isə hələlik öz təsdiqini tapmayıb.

Bəxtiyar Abbasov

AzNews.az