Nigeriya hərbi qüvvələrinin “Boko Haram” terror qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar zamanı xilas etməyə çalışdığı neft kəşfiyyat komandasının 5 üzvü terrorçular tərəfindən öldürülüb. Nigeriya hərbi qüvvələrinin “Boko Haram” terror qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar zamanı xilas etməyə çalışdığı neft kəşfiyyat komandasının 5 üzvü terrorçular tərəfindən öldürülüb.

Xilasetmə əməliyyatı uğursuz oldu – 40-dan çox əsgər öldü

Nigeriya hərbi qüvvələrinin “Boko Haram” terror qruplaşmasına qarşı keçirdiyi əməliyyatlar zamanı xilas etməyə çalışdığı neft kəşfiyyat komandasının 5 üzvü terrorçular tərəfindən öldürülüb.

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, “Boko Haram” silahlıları hökumət qüvvələrinə qarşı pusqu quraraq onları tələyə salıblar. Qarşıdurmalar nəticəsində, ümumilikdə, 40-dan çox əsgər həlak olub.

Nigeriya hökuməti “Boko Haram” qruplaşmasına qarşı mübarizədə qalib gəldiklərini iddia etsə də, sonuncu əməliyyatların uğursuzluğu hökumətə qarşı ağır zərbə kimi şərh olunur.

2009-cu ildən etibarən “Boko Haram”la hökumət qüvvələri arasında baş verən qarşıdurmalar və “Boko Haram”ın törətdiyi terror aktları nəticəsində indiyə kimi azı 20 min insan öldürülüb, minlərlə insan isə oğurlanıb.

Bəxtiyar Abbasov

Aznews.az