Ana və qızı təhdid edildi - İtə görə + Video

Adanada bir kişi ana və qızını küçə itlərini bəslədiyinə görə təhdid edib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Meşə Mühəndisi 25 yaşlı Ezgi Dinçer və anası 44 yaşlı Figen Bingöllü hər gün küçəyə heyvanlar üçün yemək qoyduqdan sonra yaxınlıqdakı parka gedərək ağaclıq sahədə olan əraziyə itlər üçün su ilə dolu qabları qoyublar. Bu zaman adının Savaş Güvən olduğunu və ərazinin onun olduğunu söyləyən bir adam, heyvanları bəsləyən ana və qıza sərt reaksiya göstərib. Ezgi Dinçer isə bu vaxt onu kameraya çəkib. Ana və qızından küçə heyvanlarını bəsləməməsini istəyən Savaş Güvən, "Bir aydan sonra burada 1 dənə də olsun it görə bilməzsiniz. Hamısını zəhərləyəcəm. Cəriməsi də nə qədər olsa verəcəm. Sizin kimilərlə məşğul olmaqdan bezdim. Bura mənim ərazimdir. Su qablarını sındıraram"deyə bildirib.

Videogörüntüdə Savaş Güvənin Ezgi Dinçerin üzərinə hücum çəkməsi diqqət çəkib. Güvənin parkdan ayrılması ilə dava qurtarıb.

Davadan sonra hadisə yerindən ayrılan ana və qız həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Bir çox heyvan sevər internet istifadəçiləri hadisəyə sərt reaksiya verib.