Alman kansleri Angela Merkel dünən Türkiyədə iki Alman vətəndaşının nəzarətə alınmasından sonra məsələ ilə bağlı Berlinin çox sərt cavab verəcəyini və Türkiyə ilə əlaqələrini yaxın zamanda yenidən nəzərdən keçirəcəyini söyləyib. Alman kansleri Angela Merkel dünən Türkiyədə iki Alman vətəndaşının nəzarətə alınmasından sonra məsələ ilə bağlı Berlinin çox sərt cavab verəcəyini və Türkiyə ilə əlaqələrini yaxın zamanda yenidən nəzərdən keçirəcəyini söyləyib.

Angela Merkeldən Türkiyə ilə bağlı açıqlama - “Əlaqələri yenidən nəzərdən keçirəcəyik”

Alman kansleri Angela Merkel dünən Türkiyədə iki Alman vətəndaşının nəzarətə alınmasından sonra məsələ ilə bağlı Berlinin çox sərt cavab verəcəyini və Türkiyə ilə əlaqələrini yaxın zamanda yenidən nəzərdən keçirəcəyini söyləyib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Almaniyanın Nürnberq şəhərində keçirilən işgüzar dairə tərəfindən təşkil edilən bir tədbirdə çıxış edən Merkel, bu şərtlərdə Avropa İttifaqının Türkiyə ilə gömrük birliyi yeniləmələrini müzakirə etməyə davam etməsinin düzgün olmadığını bildirib. Bununla bağlı alman vətəndaşlara səyahət xəbərdarlığının edilməsi də istisna deyil.

24 sentyabrdakı seçkilərdə Merkelin rəqibii olan Sosial Demokrat Partiyasının lideri Martin Schulz ise Berlinin Türkiyə haqqında rəsmi bir səyahət xəbərdarlığı yaymasınını lazım olduğunu bildirib.

Almaniya hökuməti iyul ayında Türkiyəyə gedəcək vətəndaşları xəbərdar etmişdi və onlardan Türkiyəyə getmək istədikləri təqdirdə Alman səfirliyinə müraciət etmələri tələb olunurdu. Lakin rəsmi səyahət xəbərdarlığı verilməyib.