- Köhnə - Dünya
- 3 Sentyabr 2017 21:46
- 6 104
Həkimlər oğlanı limonad paylamağa məcbur etdi - Yenidən yeriməsi üçün (Foto)
Kanzasda yaşayan 8 yaşlı Ulises Ornelas ağır beyin əməliyyatı keçirib.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkətedici funksiyanı bərpa edə bilməsi üçün həkimlər Ulisesi palataları gəzərək, limonad paylamasını xahiş ediblər.
Həkimlər fevral ayında 8 yaşlı Ulisesə "kavernoz gemangioma" (qanla dolu damar şəbəkəsinin yumaqcıq şəkli) diaqnozu qoymuşdular. Bu səbəbdən oğlanın yerişində problem yaranmışdı, sol tərəfini isə idarə edə bilmirdi.
5 ay sonra həkimlər onu əməliyyat ediblər. Əməliyyatdan sonra o, sol tərəfini yüngülcə hərəkət etdirə bilirdi. Reabilitasiya mərkəzində həkimlər ona kömək etmək qərarına gəliblər.
Tibb bacıları Ulises üçün limonad dolu araba hazırlayaraq, şüşələrin pasiyentlərə paylanmasında ona kömək ediblər.
