- Köhnə - Dünya
- 6 Sentyabr 2017 12:45
- 5 078
“Şimali Koreyanı küncə sıxmağına dəyməz” – Putin
Rusiya prezidenti Vladimir Putin beynəlxalq ictimaiyyəti Şimali Koreyanı küncə sıxmamağa çağırıb.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Putin bildirib ki, beynəlxalq ictimaiyyət Şimali Koreya ilə bağlı məsələlərdə emosiyalara qapılmamalıdır.
“Emosiyalara qapılmağına və Şimali Koreyanı küncə sıxmağına dəyməz. İndi hər kəs soyuqqanlı olmalı və gərginliyin artmasına səbəb ola biləcək addımlar atmaqdan çəkinməlidir”
Putin qeyd edib ki, problemin həlli üçün Rusiya və Çin konkrekt olaraq “yol xəritəsi” təklif ediblər. Putin tərəfləri bu təklifə diqqət etməyə səsləyib.
Putin onu da əlavə edib ki, rəsmi Moskva, istənilən halda, Şimali Koreyanın Təhlükəsizlik Şurasının qətnaməsini pozan nüvə statusunu qəbul etmir.
Bəxtiyar Abbasov
AzNews.az