- Köhnə - Dünya
- 12 Sentyabr 2017 00:00
- 7 036
"İnsanlar dəyərsizdir. Biz heç mövcud deyilik" - Məşhur aktyordan qalmaqallı müsahibə (Video)
Komediya janrında çəkildiyi filmlərlə tamaşaçıların sevimlisinə çevrilən Cim Kerri son vaxtlar həyata olan depressiv baxışı ilə gündəmə gəlir.
AzNews.az istinadən xəbər verir ki, 55 yaşlı Hollivud ulduzu ICONS dəb gecəsində qonaq qismində iştirak edib. Müxbir xanıma verdiyi müsahibə ilə xüsusilə diqqət cəlb edib.
Söhbət zamanı aktyor dəbdəbəli tədbirləri sevmədiyini, dünyanın heç bir mənasının olmadığını deyib:
"İnsanlar dəyərsizdir, bizim heç mövcud deyilik. Dünyanın mənası yoxdu. Buna görə də mən daha mənasız məkan seçərək, bura gəldim. Mən dəb ikonalarına, şəxsiyyətlərə inanmıram. Mən inanıram ki, hüzur həmin şəxsiyyətlərdən, maskalardan, səmimiyyətsizlikdən kənardadır."
Aktyorun bu qeyri-adi fikirləri sosial şəbəkə istifadəçilərinin müzakirəsinə səbəb olub.
"Cim deyəsən 2045-ci ildə yaşayır. Bizim hamınız iki genişmiqyaslı qasırğadan, meşə yanğınlarından, Şimali Koreyanın zərbəsindən sonra Cim Kerriyə bənzəyirik." - istifadəçilər belə yazıb.