Raxoy katalanları referendum tələbindən əl çəkməyə çağırdı – “Hələ ki, gec deyil”

İspaniyanın baş naziri Mariano Raxoy katalanları referendum tələbindən əl çəkməyə səsləyib.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın muxtar vilayəti olan Kataloniyada muxtar hökumət 1 oktyabrda referendum keçirməyə hazırlaşır.

Lakin rəsmi Madrid bu cəhdlərin qarşısını alacağını bildirib. Ölkənin baş naziri Mariano Raxoy Kataloniya rəhbərliyini gərginliyi yatırmağa və radikal çıxışlara son qoymağa çağırıb.

Ötən gün polisin muxtar regionun paytaxtı Barselonada axtarışlar aparması etiraz aksiyalarının daha da genişlənməsinə səbəb olub. Etiraz aksiyaları eyni zamanda qarşıdurmalarla da müşahidə olunur. Nümayişlər qarşıdurmalara qədər dinc yolla gedirdi.

Baş nazir bildirib ki, gərginliyin qarşısını almaq hələ ki, gec deyil. Onun sözlərinə görə, katalan rəsmiləri bu məqsədlə lazımi tədbirlər görməlidirlər.

Bəxtiyar Abbasov

AzNews.az