- Köhnə - Dünya
- 25 Sentyabr 2017 09:34
- 4 566
Merkel qalib gəldi
Almaniya kansleri Angela Merkel parlament seçkilərində qalib gəlib.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərin nəticələrinə görə, Xristian Demokrat İttifaqı və Xristian Sosialist İttifaqı bloku 33 faiz səs toplayıb. Sosial Demokratlar 20.5 faiz səs toplaya biliblər.
Bu, Merkelin parlamentdə 4-cü ardıcıl qələbəsidir.
Merkel seçkilərdə qalib gəlsə də, əldə olunan səs çoxluğu onun 70 ildə göstədiyi ən pis nəticə hesab edilir.
Merkelin Yaxın Şərqdən Avropaya axın edən mühacirlərə ölkə ərazisinə sığınacaq verməsi Almaniyada ona qarşı sərt tənqidlərə səbəb olub.
Bəxtiyar Abbasov
AzNews.az