Bir neçə ay bundan əvvəl ölüm xəbəri yayılan İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib. Bir neçə ay bundan əvvəl ölüm xəbəri yayılan İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib.

Əl-Bağdadi sağdır

Bir neçə ay bundan əvvəl ölüm xəbəri yayılan İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadi öz tərəfdarlarına növbəti dəfə müraciət edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, əl-Bağdadi çıxışı zamanı qruplaşmanın Suriya və İraq orduları ilə baş verən toqquşmalardan xəbərdar olduğunu söyləyib.

Əl-Bağdadi, həmçinin Suriya münaqişəsinin nizamlanmasına dair Astanada keçirilən danışıqlardan eləcə də Şimali Koreya ilə ABŞ arasındakı münasibətlərdən xəbərdar olduğunu bildirib. Bu isə o deməkdir ki, audioyazı ən geci 2 həftə əvvəl yazılıb.

Qeyd edək ki, bir müddət əvvəl İran mətbuatı əl-Bağdadinin ölüm faktını təsdiqləyən şəkillər yayıb. Ötən ayın ortalarında isə Rusiya Müdafiə Nazirliyi əl-Bağdadi və daha 300 döyüşçünün Suriyada aviazərbələr nəticəsində öldürüldüyünü iddia edib.

AzNews.az