Katalonlar üçün önəmli gün

Bu gün Kataloniyada müstəqilliklə bağlı referendumda səsvermə başlayıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, məktəblərdə açılan 2300 seçki məntəqəsinin 1300-ü İspaniya polisinin nəzarəti altındadır və bağlanıb.

Buna görə də səsvermə bütün seçki məntəqələrində keçirilmir. Bəzi seçki məntəqələrinə polislə toqquşmalar başlayıb. Kataloniya muxtariyyətinin hakimiyyəti səsverməyə 1 saat qalmış bəyan edib ki, Kataloniya sakinləri şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə istənilən seçki məntəqəsində səs verə bilərlər.